HADİSƏ ÖZ XƏBƏR

Ölümlə nəticələnən qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜSÜ - VİDEO

Xəbər verdiyimiz kimi, Ağcabədinin Hindarx- Hüsülü kənd yolunun Hüsülü kəndi ərazisində keçən hissəsində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. 26 yaşlı Hümbətov Samir Elsevər oğlu Ağcabədi şəhəri istiqamətində idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qəflətən yolun əks tərəfinə çıxaraq qarşıdan gələn 41 yaşlı Səfərov Radil Əli oğlunun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə Samir Hümbətovun sərnişini 24 yaşlı Rzayev Zahir Səxavət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə çatdırıldığı Ağcabədi rayon Mərkəzi Xəstəxanasında ölüb.

32gun.az-ın əldə etdiyi məlumata görə, mikroavtobus sürcüsü 26 yaşlı Hümbətov Samir Elsevər oğlu Vətən Müharibəsi iştirakçısı olub. Qəza nəticəsində yoldan çıxan avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən götürülüb. 

Qəzanın baş verdiyi yerdən çəkilmiş əldə etdiyimiz ürəkdağlayan görüntüləri təqdim edirik: 

Ayxan

Oxşar Xəbərlər