Göyçayda zəncirvari qəza olub.
32gun.az xəbər verir ki, qəzada 2-si "Hyundai" 1-i "Chevrolet Cruze" olmaqla 3 avtomobil toqquşub.
50-ED-920 dövlət nömrə nişanlı "Hyundai"-ın sürücüsünün idarəetməni itirməsi qəzaya səbəb olub. Xoşbəxtlikdən zəncirvari qəzada ciddi xəsarət alan olmayıb.
Aysel Şirinova