Xəbər verdiyimiz kimi, bu gün Bakıda aeroport yolunda avtomobillər toqquşub. Aeroport yolu, Ramana qəsəbəsi ərazisindəki yerüstü keçidin yaxınlığında üzü şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
32gun.az hadisə yerindən çəkilmiş görüntü əldə edib. Görüntüdən də aydın olub ki, qəzaya düşən şəxs hərbçidir.
Polislərin və ətrafdakıların köməkliyi ilə hərbçi olan sürücü avtomobildən çıxarılıb.
O əraziyə sövq edilə təcili yardımla xəstəcanalardan birinə çatdırılıb.
Həmin görüntünü təqdim edirik:
Ayxan