Bakıda "Mercedes" markalı maşın "Spar Araz"a girib.
32gun.az-a daxil olan məlumata görə hadisəyə səbəb yüksək sürət həddi ilə hərəkətdə olan avtomobilin idarəetməni itirməsi olub. Daha sonra "Mercedes"in arxası ilə hərəkətdə olan "Qazel" markalı yük maşını "Mercedes"ə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Mağazaya ciddi zərər dəyib.
Aysel Şirinova