DÜNYA ÖZ XƏBƏR

Məşhurlara qarşı dələduzluq edildi

Türkiyənin İzmir şəhərində məşhur şəxslər dələduzun hədəfinə çevriliblər.

32gun.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə otel qeydiyyatçılarına zəng edərək, özlərini otel sahibi olaraq tanıdıb otelin təmir olunacağını və təcili pul göndəriləcəyini deyən şübhəlilər otel işçilərindən ümumilikdə 15 milyon TL pul əldə ediblər.

 Məlum olub ki, dəstə Doğukan Manço və Erhan Güleryüz kimi məşhur adların səsini təqlid edərək başqa məşhurları aldadıblar. Dəstə üzvləri Demet Akalın və Beyazıt Öztürkə zəng edərək pul istəyiblər.

Polisin həyata keçirdiyi axtarış nəticəsində 11 şübhəli nəzarətə alınıb. Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 22 min TL nağd pul, telefon, sim kart, 1 sənədsiz tapança və 1 sənədsiz ov tüfəngi ələ keçirilib.

Aysel Şirinova

Oxşar Xəbərlər