DÜNYA ÖZ XƏBƏR

"Cavab verməyə hazırıq" - Fransa təhdid etdi

Fransa ordusunun Nigerdəki Fransa hərbi və diplomatik aktivlərinə zərər vurmağa yönəlmiş istənilən yeni gərginliyə cavab verməyə hazır olduğunu deyib.

32gun.az xəbər verir ki, bu barədə ordunun Baş Qərargahı açıqlama verib.

Nigerdəki hərbi idarə Fransanın Niameydəki səfiri Silvain İtteninə avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat verdiyini açıqlayıb. Bir müddət sonra səfirin tələbə əməl etməyərək hələ də ölkədə olduğu üçün toxunulmazlığının qaldırıldığı və deportasiya ediləcəyi bildirilib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron avqustun 28-də Parisdə keçirilən 29-cu Səfirlər Konfransında "Onların təzyiqlərinə baxmayaraq, səfirimiz Niameydə qalacaq",- ifadələrinə yer vermişdi.

Aysel Şirinova

Oxşar Xəbərlər