Suriyadakı rejimin lideri Bəşər Əsəd İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Prezident Türkiyənin Suriyadakı hərbi mövcudluğundan məsələsinə toxunaraq, “Türkiyənin Suriya ərazisindən çıxması Dəməşq və Ankara arasında münasibətlərin normallaşması üçün lazımdır”, - deyib.
Bundan əlavə, Əsəd Abdullahiyanla ikitərəfli münasibətləri, bölgədəki vəziyyəti və suriyalı qaçqınların ölkələrinə qayıtmasını da müzakirə edib.
Aysel Şirinova