DÜNYA ÖZ XƏBƏR

Kərkükdə gərginlik - Yaralananlar var

Kərkükdə etirazçılar İraq ordusunu daşqalaq edib, 4 nəfər yaralanıb.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə İraqın Kərkük şəhərindəki Birgə Əməliyyat Komandanlığının əsas qərargah binası təhvil verilib. Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasına bu qərarı rədd edən türkmənlər və ərəblər etiraz aksiyası keçirərək Kərkük-Ərbil yolunu bağlayıblar.

Sakinlər şənbə günü etirazlarda həyatını itirənlər üçün dünən axşam saatlarında küçələrə çıxıb. İraq qüvvələrinin və Həşdi Şabinin şəhəri tərk etməsini istəyən Kərkük əhalisi İraq hökumətinin əleyhinə şüarlar səsləndirib.

Bildirilib ki, nümayişçilər əvvəlcə İraq bayrağına hücum edib, daha sonra İraq ordusunun karvanını daşqalaq ediblər. Hadisələr zamanı Birgə Əməliyyatlar Komandirinin müavini Abdurrazzak Al-Nueymi və Kərkük polis rəisi polkovnik Mazın Qarip və iki polis əməkdaşı yaralanıb.

Aysel 

Oxşar Xəbərlər