Rizədə azərbaycanlı Xanəhməd Əlləzov faciəvi şəkildə ölüb.
32gun.az xəbər verir ki, yük avtomobilini saxlayıb yolu keçmək istəyərkən avtomobilin vurması nəticəsində baş verən qəzada TIR sürücüsü, Azərbaycan əsilli 78 yaşlı X.Əlləzov hadisə yerində dünyasını dəyişib.
Qəza Qara dəniz Sahil Yolu Bozkale mövqeyində meydana gəlib.
Hadisə ilə bağlı məlumatda bildirilir ki, M.M.A-da 29 AV 200 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Əlləzovu vurub. Zərbənin zərbəsi Əlləzovu yerə yıxıb. Qəzanı görənlərin xəbər verməsi üzərinə hadisə yerinə səhiyyə və polis əməkdaşları sövq edilib. Hadisə yerinə gələn həkim briqadaları Əlləzovun öldüyünü müəyyən ediblər.
Ayxan