İDMAN ÖZ XƏBƏR

Fransada fırtına Olimpiya Oyunlarına da təsir etdi

2024-cü il Paris Olimpiya Oyunlarına ev sahibliyi edən Fransada keçən həftəki təxribat cəhdindən sonra ağacların qatar xətlərinə aşması səbəbindən dəmir yolu nəqliyyatı kəsilib.

32gun.az bildirir ki, yerli mətbuatda yer alan xəbərə görə, Fransanın Yon əyalətində dəmir yolu xəttinə düşən ağaclar yüksək sürətli qatarların daşınmasına mənfi təsir edib.

Fransanın milli dəmir yolu şirkəti SCNF-nin İle-de-Frans bölgəsi üzrə baş direktor müavini Severine Lepere bildirib ki, fırtınanın təsiri ilə Yon əyalətində ağaclar qatar və yüksək sürətli qatar xətlərinin üzərinə düşüb. Sürətli qatarların yıxılan ağaca dəyməsi nəticəsində ön hissədə ziyan meydana gəlib.

GTw_nusW4AATihRTürkiyə Milli komandasının oxatanı Elif Berra Gökkırın bu axşam keçiriləcək son 64 tur matçı Parisdə gözlənilən fırtına səbəbiylə təxirə salınıb.

İyulun 26-da Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış Fransanın Pagny-sur-Moselle, Courtellain və Croisilles şəhərlərində qatar xətləri yandırılıb. Vergigny şəhərində qatar xəttini yandırmaq cəhdinin qarşısı alınıb. Təxminən 800 min sərnişin qatar xətlərindəki aksamalardan təsirlənib.

Fransa avqustun 11-dək davam edəcək Olimpiadaya ev sahibliyi edir. Parisdə keçirilən və təxminən 16 milyon turistin gözlənildiyi təşkilatda dünyanın hər yerindən 10500 idmançı iştirak edir.

Nilay

Oxşar Xəbərlər