İDMAN ÖZ XƏBƏR

Rusiya millisinin keçmiş baş məşqçisi Şipaçovun yeni mövsümdəki rekorduna inanmır

"Dinamo Minsk" xokkey klubunun  hücumçusu Vadim Şipaçovun qarşıdakı mövsümdə Kontinental Xokkey Liqasında (KHL) 1000 xal həddinə çatması çətin olacaq.

32gun.az bildirir ki, bu  fikri Rusiya millisinin keçmiş baş məşqçisi Vladimir Krikunov "Legalbet" portalına açıqlamasında bildirib.

O xokkeyçinin artıq gənc olmadığını və bunun onun əleyhinə işləyə biləcəyini vurğulayıb.

“Minskdə bir mövsümdə Şipaçovun 80 xal toplaması çətin olacaq . Birincisi, yaş. Baxmayaraq ki, o, öz qayğısına qalsa da, illər yenə də öz təsirini göstərir. Çoxluqda oynayacağı dəqiqdir, ora bu məqsədlə aparılıb. İkincisi, orada nə Yaşkin, nə də Kaqarlitski olmayacaq”, - Krikunov qeyd edib.

Mütəxəssis qeyd edib ki, 37 yaşlı forvardın buzda necə partnyorları olacağından çox şey asılıdır. Krikunov hesab edir ki, Şipaçov iki mövsümdə 1000 xal həddinə çata bilər. Xatırladaq ki, xallar üzrə KHL rekordçusu “Maqnitoqorsk Metallurq”unun keçmiş hücumçusu Sergey Mozyakindir – o, 928 xal toplayıb. Şipaçovun hazırda 920 xalı var. Bu yay o, "Dinamo Minsk" ilə bir mövsümlük müqavilə imzalayıb.

Ayxan 

Oxşar Xəbərlər