İDMAN ÖZ XƏBƏR

Baş məşqçi bu sözü qadağan etdi

Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov bildirib ki, yığmaya çağırılan futbolçuların heç bir motivasiyaya ehtiyacı yoxdur.

32gun.az xəbər verir ki, o "Match TV"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, o, Rusiya millisində olarkən yalnız öz ölkəsində oynamaq öhdəliyi daşıyan futbolçuları dəvət edib.

“Milli komanda var, hansı motivasiyadan danışmaq olar? Milli komandadan söhbət düşəndə “motivasiya” sözü ümumiyyətlə olmamalıdır. Həm məşqçilər, həm də futbolçular. Siz öz ölkənizin bayrağı altında dayanırsınız”, - Çerçesov bildirib.

Avqustun 19-da Rusiya millisinin baş məşqçisi Valeri Karpin Vyetnam və Tailandla oyunlar üçün millinin genişləndirilmiş tərkibini açıqlayıb. 

Oyunlar Hanoyda , My Dinh Stadiumunda keçiriləcək . Valeri Karpinin yetirmələri sentyabrın 5-də Vyetnamla, 7-də isə Tailandla qarşılaşacaq. Qarşılaşmalar Moskva vaxtı ilə saat 16:00-da başlayacaq.

Nilay

Oxşar Xəbərlər