İDMAN ÖZ XƏBƏR

WADA məşhur tennisçinin dopinq işi ilə bağlı CAS-a müraciət edə bilər

Ümumdünya Antidopinq Agentliyi ( WADA ) bu ilin mart ayında italiyalı tennisçi Jannik Sinnerin iki müsbət dopinq testinə görə diskvalifikasiya edilməməsi qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə icazə verib.

32gun.az xəbər verir ki, bu barədə Puntodebreak.com yazıb.

“Digər hallarda olduğu kimi, biz bu qərarı diqqətlə nəzərdən keçirəcəyik və lazım gələrsə, CAS-a müraciət etmək hüququnu özümüzdə saxlayacağıq”, - deyə məlumatda bildirilib. 

Avqustun 20-də tennisdə neqativ hallarla mübarizə orqanının (ITIA) rəsmi saytında Sinnerin əvvəllər keçirdiyi iki müsbət dopinq testinə görə diskvalifikasiyadan yayındığı barədə məlumat dərc edilib . Təşkilatın Sinneri diskvalifikasiya etmək üçün ciddi səbəblər tapmadığı bildirilib.

“Sinnerin Indian Wellsdəki Masters turnirində ilk sınağı klostebolun aşağı konsentrasiyasını göstərdi. Səkkiz gün sonra ikinci nümunə eyni nəticəni verdi. Sinnerin nəticələri, pul mükafatı və bu turnirdəki reytinq xalları ləğv edildi”, - ITIA-nın açıqlamasında deyilib.

Ayxan 

Oxşar Xəbərlər