İtaliyanın "Napoli" klubunun və Gürcüstan millisinin hücumçusu Xviçi Kvaratsxeliyanın oğul övladı dünyaya gəlib.
32gun.az bildirir ki, bu barədə o, İnstaqram səhifəsində məlumat verib.
“Həyatımın ən xoşbəxt günü, 21 avqust 2024-cü il. Damian Kvaratsxeliya”, – Kvaratsxeliya yazıb.
Napoli" futbolçunu Gürcüstana göndərib ki, uşağın doğuşunda iştirak etsin.
2024-cü ilin yayında Kvaratsxeliya Gürcüstan millisi ilə birlikdə 2024-cü il Avropa çempionatında mübarizə aparıb. Komanda turnirin 1/8 final mərhələsində İspaniya millisinə uduzub. 1/8 final mərhələsinin görüşü 1:4 hesabı ilə başa çatıb. 18-ci dəqiqədə ispaniyalı Robin Le Normant topu öz qapısına çatdırıb. Rodri matçda tarazlığı 39-cu dəqiqədə bərpa edib. İkinci hissədə İspaniya yığmasının heyətində Fabian Ruiz , Niko Uilyams və Dani Olmo fərqlənib.
İtaliya çempionatının 2023/2024 mövsümündə 23 yaşlı Kvaratsxeliya 34 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasında da səkkiz oyunu və bir məhsuldar ötürməsi var.
Ayxan