Tolyattidə gənc oğlan lift işçilərinə hücum edib
Tolyattidə naməlum gənc binanın girişində süpürgəçi və lift ustasına hücum edib.
32gun.az bildirir ki, bu barədə kp.ru yerli mənbələrə istinadən xəbər yayıb.
Hadisə Kudaşev küçəsində baş verib. Müşahidə kameralarının görüntülərində gənc oğlanın dostu ilə birlikdə kameraya müxtəlif jestlər göstərdiyi və nəsə dediyi görünür. Bildirilir ki, hücum edən şəxs sərxoş vəziyyətdə olub.
Bir qədər sonra liftə yaxınlaşan iki kişi — süpürgəçi və lift ustası — onu yoxlamağa başlayıblar. Gənc oğlan isə onları narkotik "zakladka" axtarmaqda şübhəli bilib və mübahisə edib. Daha sonra o, texniki işçilərdən birinə hücum edib. Dostu isə digərinın müdaxilə etməsinə mane olub.
Daha sonra hücuma məruz qalan şəxs özünü qurtararaq küçəyə çıxıb, gənclər isə onun arxasınca gediblər. Sonrakı görüntülərdə hücum edən gəncin başından xəsarət aldığı görünür. Onun bu zədələri necə aldığı barədə məlumat verilməyib.
Qeyd: "Zakladka" rus küçə jarqonunda gizli şəkildə qoyulmuş narkotik maddə və ya digər qadağan olunmuş əşyalar mənasını verir. Bu üsulda narkotik satıcıları maddəni müəyyən bir yerə qoyur və alıcı onu həmin yerdən götürür.
Ayxan