ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında danışıqlar fevralın 4-də keçiriləcək.
32gun.az xəbər verir ki, bu barədə Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarroya istinadən Politico məlumat yayıb.
Görüş uzaqdan – telefon vasitəsilə baş tutacaq. Lakin müzakirə olunacaq əsas mövzular və digər detallar açıqlanmayıb.
Bu arada ABŞ-ın Çin ixracına tətbiq etdiyi yeni 10%-lik tariflər qüvvəyə minib. Cavab olaraq Pekin ABŞ-dan idxal edilən neftə və kənd təsərrüfatı texnikasına 10%, mayeləşdirilmiş təbii qaz (LNG) və kömürə isə 15% rüsum tətbiq edib.
Bundan əvvəl Tramp Kanada və Meksika liderləri ilə danışıqlar aparıb. Tərəflər sərhəd təhlükəsizliyini və narkotik trafikinə nəzarəti gücləndirmək barədə razılığa gəliblər. Buna cavab olaraq Vaşinqton Kanada və Meksikadan idxal edilən mallara 25%-lik gömrük rüsumlarının tətbiqini 30 gün müddətinə təxirə salıb. Çin üçün isə bu güzəşt nəzərdə tutulmayıb.
Ayxan