DÜNYA ÖZ XƏBƏR

Dondurmanın içərisindən ilan qalıqları çıxıb - İYRƏNC HADİSƏ

Tailandda bir kişinin küçə satıcısından aldığı dondurmanın içərisində ilan qalıqları aşkar edilib. Gənc bildirib ki, hadisədən sonra dondurmanı aldığı satıcıya qaytarıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Tailandda küçə satıcısından dondurma alan şəxs bağlamanı açarkən onun içərisində ilan qalığı aşkar edib. Dondurmanın içindəki qara və sarı ilanın fotolarını sosial şəbəkədə paylaşan gənc "Şirin gözlü ilan, hələ ölməmisən? Yol kənarındakı stenddən aldığım qara lobya dondurması. Bu, real şəkil və real vəziyyətdir" deyib.

Mütəxəssislər dondurmanın içərisində görünən ilanı Cənub-Şərqi Asiyadan olan yüngül zəhərli növ olan gənc "qızıl ağac ilanı" kimi müəyyən ediblər.

İlanların bəxt və bolluq gətirdiyinə inanan bir qrup Taylandlı sosial şəbəkə istifadəçisi gəncə uğurlar arzulasa da, digər bir qrup gigiyena və istehsal şərtlərini tənqid edərək səlahiyyətlilərə müraciət edib. Tailand mətbuatının əlaqə saxladığı gənc bildirib ki, hadisədən sonra dondurmanı aldığı satıcıya qaytarıb.

Ayxan 

 

 

 

****

-->  

 

Oxşar Xəbərlər