İstanbul İl Sağlıq Müdirliyi əməkdaşları tərəfindən həyata keçirilən təkrar yoxlamalar nəticəsində Bakırköydəki xüsusi xəstəxananın əməliyyat otağında və reanimasiya şöbəsində çalışan personalın müvafiq keyfiyyətlərə malik olmadığı müəyyən edilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlama zamanı əməliyyat otağında anestezioloq və texnikinin olmadığı, Türkiyədə iş icazəsi olmayan əcnəbi anestezioloqun işlədiyi müəyyən edilib.
Xəstəxananın fəaliyyəti İstanbul valiliyi tərəfindən Səhiyyə Nazirliyinin qərarı ilə pozuntular aradan qaldırılana qədər müvəqqəti olaraq dayandırılıb.
Nilay