İDMAN ÖZ XƏBƏR

15 yaşlı rusiyalı qız şahmat üzrə dünya çempionatının qalibi olub

15 yaşlı rusiyalı şahmatçı Anna Şuxman Monteneqronun Petrovaç şəhərində 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi olub.

32gun.az bildirir ki, Finalda, 11-ci turda Rusiya təmsilçisi Qazaxıstanı təmsil edən 17 yaşlı Alua Nurmandan güclü olub . Şuxman bütün raundlarda doqquz xal toplayıb və bu göstərici ilə birinci yeri tutub.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qadınların reytinqində Şuxman 79-cu yerdədir.

Sonuncu dəfə Rusiya təmsilçisi 2019-cu ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi olmuşdu, o zaman Polina Şuvalova qalib gəlmişdi. 

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyaları Rusiya və Belarus idmançılarını diskvalifikasiya etməyə çağıran bəyanat yayıb. Əvvəlcə FİDE rus və belarusların himayəsi altında keçirilən turnirlərdə iştirakını qadağan etsə də, 2022-ci ilin martında federasiya şahmatçıların neytral statusda yarışmasına icazə vermək qərarına gəlib. İdmançıların yalnız fərdi turnirlərdə yarışmaq hüququ var.

Ayxan 

Oxşar Xəbərlər