İDMAN ÖZ XƏBƏR

FIBA Rusiya idmançılarının cəzasını uzadıb

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarus klub və komandalarının turnirlərdə iştirakını dayandırmaq barədə qərar qəbul edib.

32gun.az bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. 

"Rusiya və Belarusun statusu FIBA Mərkəzi Şurasının 2025-ci ilin mayında keçiriləcək növbəti iclasına qədər uzadılıb", - məlumatda bildirilib.

Fevral ayında Avroliqanın Rusiya klublarını geri qaytarmağı planlaşdırdığı xəbəri yayılmışdı .

Moskva ÇSKA 8 dəfə əsas qitənin klub turnirinin qalibi olmaqla Avroliqa tarixində ən çox mükafat alan ikinci klubdur.

2024-cü ilin aprelində FIBA Rusiya və Belarusun dayandırılmasını uzadıb.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rusları və belarusları neytral idmançı kimi qəbul etmək qərarına gəlib.

Ayxan 

Oxşar Xəbərlər