İstanbul Universiteti, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunun ləğv edilməsi ilə bağlı əsaslandırılmış qərarını açıqlayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitet tərəfindən hazırlanan hesabat əsasında, diplomaları İBB Başçısı Ekrem İmamoğlu ilə birlikdə geri alınan 27 nəfərin bəzi səbəbləri ortaya çıxıb.
Diplomalarının ləğv edilmə səbəbləri arasında yatay keçid şərtləri çərçivəsində 2,40-dan yüksək ümumi balın olmaması, transkriptdə FF notunun olması və tələbələrin oxuduğu universitetin İstanbul Universitetinin kütük qeydlərində tapılmaması kimi amillər qeyd edilib.
Ekrem İmamoğlu'nun İstanbul Universitetinə kontenjan xarici qeydiyyat etdirdiyi, yatay keçid əməliyyatını oxuduğu Girne Amerikan Universiteti yerinə Doğu Akdeniz Universiteti adıyla həyata keçirdiyi müəyyən edilib. Eyni zamanda, Galatasaray Universiteti İşletmə Bölümü müəllimi Prof. Dr. Naciye Aylin Ataay Saybaşılı və başqa şəxslərin də diplomları ləğv edilənlər arasında yer alır.
Ümumilikdə, 1987-1993-ci illər arasında İstanbul Universitetinin İşletmə Fakültəsindəki yatay keçid əməliyyatlarının detallı şəkildə araşdırılacağı bildirilmişdir.
Nilay