DÜNYA ÖZ XƏBƏR

Ağ Ev ABŞ-ın Qrenlandiyada hədəflərini açıqlayıb

ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək planı yoxdur, lakin adada mövcud olan buzqıran gəmilər və hərbi gəmilərə investisiya yatırmağı hədəfləyir.

32gun.az bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Qrenlandiyadakı Amerika hərbi bazasına səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Arktikadakı liderliyini gücləndirmək prioritet məsələlərdən biridir. Vens Rusiyanın, Çinin və digər dövlətlərin Arktika resurslarına və naviqasiya yollarına artan marağını vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl "Arktika — dialoq ərazisi" adlı beynəlxalq forumda çıxışı zamanı ABŞ-ın Qrenlandiyanı 19-cu əsrin 60-cı illərində ilhaq etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaqla bağlı ideyası "qeyri-adi söhbətlər" deyil.

Ayxan 

Oxşar Xəbərlər