DİGƏR ÖZ XƏBƏR

Bağırsaq xərçənginin inkişafında yeni faktor müəyyən edilib

Sun Yat-sen Universitetindən (Çin) olan alimlər müəyyən ediblər ki, GPT1 metabolik fermentinin səviyyəsinin azalması kolorektal xərçəngin inkişafını tetikleyir və sürətləndirir.

32gun.az bildirir ki, Tədqiqatın nəticələri "Science Translational Medicine" (STM) jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, kolorektal xərçəng dünyada yayılma dərəcəsinə görə üçüncü yerdədir. Bu xəstəlik daha çox yaşlılara təsir edir, lakin son onilliklərdə "cavanlaşmağa" başlayır. Kolorektal xərçəngin məlum risk faktorları bağırsaqların iltihabi xəstəlikləri, pis qidalanma, zərərli vərdişlər, aşağı fiziki aktivlik və piylənmədir. Lakin yeni araşdırma göstərib ki, xəstəliyin inkişafının gizli faktoru fermentlərin balanssızlığı ola bilər.
Fermentlər orqanizmdə müxtəlif biokimyəvi proseslərdə mühüm rol oynayan zülal maddələridir. Bu maddələrdən birinin - GPT1-in (qlutamat-piruvat transaminaz 1) səviyyəsinin azalması kolorektal xərçəng üçün xarakterikdir.
Xəstəliyin patogenezində GPT1-in rolunu daha yaxşı anlamaq üçün komanda kolorektal xərçəng xəstələrinin normal və şiş yoğun bağırsaq toxumalarını, eləcə də onların adenomalarını (xoşxassəli şişlər) öyrənib. Nəticələr göstərdi ki, GPT1 çatışmazlığı daha pis klinik nəticələrlə əlaqələndirilir. Həmçinin məlum oldu ki, bu fermentin çatışmazlığı invaziv kolorektal şişlərin inkişafını sürətləndirir.
Tədqiqatçıların sözlərinə görə, GPT1 normal olaraq α-ketoqlyutarat adlı metabolik molekul istehsal edərək adenomalardan şişlərin əmələ gəlməsini yatırır. Bu molekul bədxassəli şişlərin inkişaf prosesinə müdaxilə edərək WNT siqnal yolunu inhibə edir.
Araşdırma həmçinin göstərib ki, poliumozid adlı birləşmə GPT1-i aktivləşdirərək şiş böyüməsini yatıra bilər. Alimlərin sözlərinə görə, bu kəşf bağırsaq xərçənginin müalicəsi üçün yeni üsulların əsasını qoya bilər.
Ayxan 

Oxşar Xəbərlər