İDMAN ÖZ XƏBƏR

FİFA Rusiyanın geri dönəcəyinə ümid edir

FİFA Rusiyanın geri dönəcəyinə ümid edir.

32gun.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Belqradda keçirilən konqresində FİFA prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq yarışlara qayıtmasına ümid etdiyini bildirib.

"Dünyamız bölünüb, biz insanları bir araya gətirmək üçün hər fürsətdən istifadə etməliyik. Ukraynada sülhlə bağlı danışıqlar gedir . Ümid edirəm ki, biz tezliklə növbəti addıma keçə biləcəyik, həmçinin Rusiyanı futbol dünyasına qaytara bilərik ki, bu da hər şeyin həll olunduğunu göstərir".

Daha əvvəl Rusiyanın beynəlxalq turnirlərə qayıdacağı təqdirdə harada oynaya biləcəyi məlum olub. 

2022-ci ilin yazında FİFA və UEFA Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq Rusiya millisini , eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəliblər.

Rusiyalı futbolçular 2022-ci il Dünya Çempionatının pley-off mərhələsini, Dünya Kubokunun özünü və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatını buraxıblar . ABŞ , Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatının püşkatma mərasimində Rusiyanın da iştirakına icazə verilməyib.

Ayxan 

Oxşar Xəbərlər