DÜNYA ÖZ XƏBƏR

NATO-nun baş komandanı Rusiyanın əsas üstünlüklərini AÇIQLAYIB

NATO-nun Avropada birləşmiş silahlı qüvvələr üzrə baş komandanı Kristofer Kavoli Rusiya ordusunun say üstünlüyünü və nüvə arsenalını strateji üstünlük kimi dəyərləndirib. 

32gun.az bildirir ki, onun açıqlamasını Sky News yayıb.

"Ənənəvi baxımdan onların əsas strateji üstünlüyü NATO qüvvələrinə yaxın ərazilərdə böyük hərbi qüvvə toplamaq imkanlarıdır. Bu isə bizim üçün vaxtında reaksiya vermək baxımından ciddi çağırış yaradır. Məhz buna görə ABŞ-ın Avropa qitəsində adi silahlı qüvvələrlə mövcudluğu vacibdir", – deyə Kavoli bildirib.

O həmçinin Rusiyanın nüvə silahı ehtiyatlarını və kiberməkanda həyata keçirdiyi fəaliyyətləri NATO üçün potensial təhlükələr kimi qeyd edib.

Xatırladaq ki, Kavoli daha əvvəl də ABŞ qoşunlarının Avropadan çıxarılmasına qarşı çıxmış və Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə Ukrayna müharibəsinin başlanmasından bəri ABŞ-ın Avropadakı hərbi mövcudluğunun saxlanılmasını davamlı şəkildə tövsiyə etdiyini bildirmişdi.

Ayxan 

Oxşar Xəbərlər