Evgeni Kuznetsov SKA-dan ayrılmasının səbəbini açıqladı
İkiqat dünya çempionu, tanınmış xokkeyçi Evgeni Kuznetsov Sankt-Peterburq SKA xokkey klubundan ayrılmasının səbəblərini açıqlayıb.
32gun.az bildirir ki, onun acıqlamasını "МатчТВ" yayıb.
"Əlimdən gələnə ümid edirdim, amma məndən gözlənilən səviyyədə oynaya bilmədim. Ona görə də qarşılıqlı razılaşma əsasında ayrılmaq qərarına gəldik. Nə məndə, nə də klubda inciklik yoxdur. Hər şey yaxşı bitdi," — deyə Kuznetsov bildirib.
9 aprel tarixində SKA və Kuznetsov qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verdiklərini açıqlayıblar.
Hücumçu cari mövsümün əvvəlində SKA-ya qoşulmuşdu. O, müntəzəm çempionatda 39 oyun keçirərək 37 xal toplayıb. Pley-off mərhələsində isə 3 oyunda iştirak edib və 3 qol vurub.
Ayxan