Bir gecə keyfiyyətli yuxu yaddaşı bir ildən çox müddətə gücləndirə bilər — kanadalı alimlərdən sensasion araşdırma
Kanadanın Baycrest Tibb Mərkəzindən olan alimlər müəyyən ediblər ki, cəmi bir gecə keyfiyyətli yuxu hadisələrin ardıcıllığını yadda saxlama qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və bu təsir bir ildən artıq müddətdə davam edir.
32gun.az bildirir ki, araşdırma Nature Human Behaviour elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı iştirakçılar 20 dəqiqəlik audio-bələdçi ilə bir sənət sərgisinə səyahət ediblər və sonra onlara həmin hadisə ilə bağlı beş müxtəlif vaxtda testlər tətbiq olunub — bir saatdan 15 ayadək dövr ərzində.
İkinci mərhələdə iştirakçılar iki qrupa bölünüb: biri gecəni laboratoriyada yuxuda (EEQ-monitorinq altında), digəri isə oyaq halda keçirib. Nəticələr göstərib ki, yatan iştirakçılar hadisələrin ardıcıllığını daha yaxşı xatırlayıblar — hətta bir il üç ay sonra belə.
Tədqiqat müəllifləri qeyd ediblər: “Yuxunun faydası nəhəngdir — cəmi bir gecəlik yuxu yaddaşı bir il qabağa dəyişə bilir.”
Araşdırma sübut edir ki, dərin yuxu yaddaşdakı hadisələr arasında əlaqələri gücləndirir. Bu həmçinin izah edir ki, demensiya xəstələri yaddaşlarında detalları saxlasalar da, xronoloji ardıcıllığı niyə itirirlər.
Bu metod gələcəkdə kognitiv pozuntulardan əziyyət çəkən pasiyentlərin reabilitasiyasında mühüm rol oynaya bilər.
Nilay