İDMAN ÖZ XƏBƏR

Cənubi Afrikalı qaçışçı Boltun rekordunu geridə qoyub

Cənubi Afrikalı qaçışçı Akani Simbine 100 metr məsafəni 10 saniyəyə qaçdığı mövsümlərin sayına görə yamaykalı Useyn Boltun rekordunu geridə qoyub.

32gun.az bildirir ki, bu barədə ölkənin  "Pulsesports" saytı xəbər verib. 

Aprelin 12-də keçirilən Botsvana Qızıl Qran Prisində  Simbine 9,90 saniyə nəticə göstərib. Bu mövsüm Paris Olimpiadasının gümüş mükafatçısı üçün on saniyədən az qaçdığı 11-ci olub. Dünya rekordçusu Boltun əlində 10 belə mövsüm var.

31 yaşlı Simbine 2025-ci ildə qapalı məkanda keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. 38 yaşlı Boltun səkkiz Olimpiya qızıl medalı, həmçinin üç dünya rekordu var: Yamayka komandasının tərkibində 100 m məsafəyə qaçışda 9,58 saniyə, 200 m məsafəyə 19,19 və 4x100 m estafetdə 36,84 .

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rus və belarusları 2024-cü il Yay Olimpiya Oyunlarına neytral idmançı kimi qəbul etmək qərarına gəlib. Parisdə keçirilən Oyunlara ümumilikdə Rusiyadan 15 nəfər gedib.

Ayxan 

Oxşar Xəbərlər