DÜNYA ÖZ XƏBƏR

Bu şəxslər radikal ideologiyalara və sui-qəsd nəzəriyyələrinə meyilli olurlar - ALİMLƏRİN YENİ ARAŞDIRMASI

Amerikalı psixoloq: Qeyri-müəyyənlik şəraitində insanlar sadə cavablar verən radikal ideologiyalara və sui-qəsd nəzəriyyələrinə meyilli olurlar

ABŞ-ın Merilend Universitetinin sosial psixologiya üzrə professoru Ari Kruqlanski insanların sui-qəsd nəzəriyyələrinə və radikal ideologiyalara inamına dair araşdırma təqdim edib.

32gun.az bildirir ki, nəticələr “Taylor & Francis” nəşriyyatında çıxan “Mənanın axtarışında” adlı kitabda öz əksini tapıb.

Kitab jurnalist Dən Ravivlə birgə qələmə alınıb.

Tədqiqatçılar onilliklər boyu aparılmış psixoloji araşdırmaları təhlil edərək belə qənaətə gəliblər: qeyri-müəyyənlik şəraitində insanlar mürəkkəb suallara sadə cavablar təqdim edən ideyalara daha həssas olurlar.

“Adət etdiyimiz dayaq nöqtələri – maliyyə sabitliyi, təhlükəsizlik, sağlamlıq – sarsıldıqda insan mənasını bərpa edə biləcək istənilən ideyaya sarılır,” – deyə Kruqlanski qeyd edib.

Sui-qəsd nəzəriyyələri bu ehtiyacı qarşılayır: onlar dünyanı “yaxşı” və “pis”in qarşıdurması kimi təqdim etməklə yanaşı, bu nəzəriyyələrə inananları da “seçilmişlər”, yəni gizli biliyə sahib insanlar kimi hiss etdirir.

Müəlliflər britaniyalı konspirasiya nəzəriyyəçisi Devid Aykın dünyanı idarə edən “reptiloidlər” haqqında fikirləri də daxil olmaqla, bir neçə məşhur sui-qəsd nəzəriyyəsini təhlil ediblər.

Psixoloqlar vurğulayıblar ki, bu cür inanclar insanlara yalnız özlərini xüsusi hiss etdirmir, eyni zamanda “ədalətli qisas” ümidi də verir. Sosial şəbəkələr dövründə bu mexanizmlər daha təhlükəli hal alıb, çünki dağıdıcı ideyalar sürətlə yayılır.

Nilay 

Oxşar Xəbərlər