Kori Qauff elektrik kəsintisi səbəbindən yaşadığı çətinliklərdən danışdı
Amerikalı tennisçi Kori Qauff Portuqaliya və İspaniyanı əhatə edən elektrik kəsintisi səbəbindən üzləşdiyi problemlərdən danışıb.
32gun.az bildirir ki, onun fikirlərini Qadın Tennisçilər Assosiasiyasının (WTA) rəsmi saytı yayıb.
"Matçdan sonra duş qəbul edə bilmədim, çünki su yox idi. Uşaq salfetlərindən istifadə edib ətir səpməyə məcbur oldum. Fikrimcə, otelə də qayıda bilməyəcəyik, çünki işıqforlar işləmir. Elektrikə bu qədər bağlı olduğumuzu görmək dəli edici bir şeydir", — deyə Qauff bildirib.
Qauff hazırda Madriddə keçirilən WTA-1000 seriyalı turnirdə çıxış edir. O, dördüncü mərhələ oyununda isveçrəli Belinda Bençiçi (6:4, 6:2) məğlub etdikdən sonra kortda aparıcının suallarını cavablandırarkən bütün İspaniyada elektrik enerjisi kəsilib.
Nəticədə turnirdə bütün tennis oyunları müvəqqəti olaraq dayandırılıb, çünki elektrik enerjisi olmadan oyunları davam etdirmək mümkün olmayıb.
Madriddə təşkil olunan turnirin 1/4 finalında Kori Qauff rusiyalı tennisçi Mirra Andreyeva ilə qarşılaşacaq. Andreyeva dördüncü mərhələdə ukraynalı Yuliya Starodubsevanı məğlub edib.
Nilay