DÜNYA ÖZ XƏBƏR

Putinin içdiyi kefiri ruslar bir gündə alıblar

Rusiya prezidenti Vladimir Putinin özünü əks etdirən sənədli filmin çəkilişləri zamanı jurnalistlərə təqdim etdiyi kefir, ölkə mağazalarında rekord sürətlə tükənib.

32gun.az bildirir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

Məlumata görə, prezidentin rezidensiyasındakı soyuducuda saxlanılan bu məhsul Ryazan vilayətindəki “EkoVakino” şirkəti tərəfindən istehsal olunur. Bir neçə gün öncə bu kefiri demək olar ki, hər ərzaq mağazasında tapmaq mümkün idi.

Lakin bazar ertəsi günorta saatlarına qədər alıcılar məhsulu tamamilə alıb qurtarıblar. Satıcılar bildiriblər ki, tələbatın artmasına məhz Putinin təqdimatı səbəb olub. 

Əvvəllər Putin jurnalist Pavel Zarubini kefirlə qonaq etmişdi. Rusiya prezidenti gündəlik rejimi barədə danışarkən, jurnalistə təqdim etmək üçün soyuducudan butulka ilə bu süd məhsulunu çıxarıb. Onun sözlərinə görə, axşam saatlarında yeməməyə çalışsa da, bəzən özünə kefir içməyə icazə verir. Putin həmçinin bildirib ki, yalnız Rusiya istehsalı olan kefir və rəcənka (qatılaşdırılmış süd içkisi) alır. "Rusiya. Kreml. Putin. 25 il" adlı sənədli filmdən həmin fraqment "Vesti nedeli" proqramında, "Rossiya 1" telekanalında yayımlanıb.

Ayxan 

Oxşar Xəbərlər