DÜNYA ÖZ XƏBƏR

Yeniyetmələrdən POLİSİ HƏRƏKƏTƏ KEÇİRƏN DƏHŞƏTLİ ƏMƏL: Kompüter klubunun qarşısında gənci döyüb və yandırıblar

Sankt-Peterburqun Primorsk mahalında 19 yaşlı gənc yeniyetmələrlə mübahisədən sonra ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Torjkovskaya küçəsində yerləşən kompüter klubunun yaxınlığında baş verib.

İlkin məlumata görə, üç yeniyetmə ilə gənc arasında mübahisə yaranıb. Daha sonra məktəblilər ona hücum edərək döyüblər. Hücumla kifayətlənməyən yeniyetmələrdən biri gəncə yanan fişəng atıb.

Yaralını sonradan binanın qarşısında yaşayan sakinlərdən biri görərək polisə məlumat verib.

Həkimlər gəncə qapalı kəllə-beyin travması, beyin silkələnməsi və sağ çiyin nahiyəsində yanıq diaqnozu qoyublar. Onun saçlarının da yanmış olduğu bildirilir.

Hazırda hücum edən yeniyetmələrin axtarışı aparılır, cinayət işinin başlanması məsələsinə baxılır.

Qeyd edək ki, bundan əvvəl də Sankt-Peterburqda altı yuxarı sinif şagirdi 11 yaşlı məktəblini məktəbdən çıxarkən döyüb. Valideynlər bu barədə hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Nilay 

Oxşar Xəbərlər