Qafqazda hicab geyinmiş məktəbli qızlar arasında baş verən dava videoya çəkilib.
32gun.az bildirir ki, hadisə ilə bağlı görüntüləri "ÇP Qafqaz" yayımlayıb.
Videoda beş məktəbli qız arasında mübahisənin qızışdığı, altıncı birinin isə hadisəni telefonla çəkdiyi görünür. Qızlardan biri digərini vurur, üçüncüsü isə onları ayırmağa çalışır. Lakin mübahisə söyüşlər və kobud ifadələrlə davam edir. Hadisə məscid fonunda baş verir.
Davanın konkret səbəbi bilinmir, lakin videodakı söhbətdə qızlardan biri zərərçəkənin rəfiqəsini “oğlanların yanında biabır etdiyi” iddiasını səsləndirir.
Hadisə barədə yazan müəllif məktəbli qızların bu cür davranışını tənqid edərək bildirib:
“Yalnız bəzəkli müsəlmanlar olmağı yox, əxlaqı da qorumağı bacarın!”
Xatırladaq ki, bundan əvvəl Sankt-Peterburqda yeniyetmələrlə mübahisədən sonra bir gənc ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Mübahisə zamanı gənclər ona hücum edərək döyüblər və sonradan ona petarda atıblar. Nəticədə həmin şəxs kəllə-beyin travması və çiyin yanığı alıb.
Nilay