Çinin şərqində yerləşən Yançjou şəhərindəki zoopark 40 gündən çoxdur itkin düşmüş kapibaranın tapılmasına kömək üçün ictimaiyyətə müraciət edib.
32gun.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Aprelin əvvəlində Dubaо, Bazonq və Duoduo adlı üç kapibara zooparkdan qaçıb. Qaçışa Bazonqun taxta hasarı sındıraraq yol açdığı bildirilir. Tezliklə Bazonq və Duoduo tutulub, lakin onların üçüncü “şəriki” Dubao izini itirib və hələ də azadlıqda qalır.
Zooparkdan verilən məlumata görə, hava şəraitinin əlverişli olması Dubao üçün təhlükəni azaldır, lakin heyvan yenə də geri qaytarılmalıdır.
Zoopark bu vəziyyəti yumorla qarşılasa da, heyvanın qaytarılması üçün ciddilik nümayiş etdirir:
“Dubao ictimaiyyət üçün təhlükəli deyil, narahat olmayın. O, əla üzür və tutmaq çətindir. Dubao, lütfən, könüllü olaraq təslim ol. Vəhsilik yaşamaq üsulu deyil. Daimi işi və rahat həyatı seçmək padşahların yoludur!” – deyə zoopark sosial şəbəkələrdə paylaşım edib.
Kapibaranın yerini bildirən şəxslərə zooparka pulsuz giriş mükafatı təklif olunur.
Nilay