DİGƏR ÖZ XƏBƏR

Xəbərdarlıq! Səhər oyandıqdan dərhal sonra telefondan istifadə edirsinizsə...

Smartfondan oyanan kimi istifadə beynin fəaliyyətinə mənfi təsir göstərə, stressi artıraraq yorğunluq hissi yarada bilər.

32gun.az xəbər verir kimi, bu barədə ispan həkim Amara Aladel El Español nəşrinə verdiyi müsahibədə bildirib.

Həkimin sözlərinə görə, yuxudan oyandıqdan sonrakı ilk 30 dəqiqədə ekranla təmasdan çəkinmək tövsiyə olunur. Çünki bu zaman mavi işığın təsiri və dopaminin sürətli ifrazı nəticəsində stress hormonu olan kortizolun səviyyəsi yüksəlir, bu isə gün ərzində narahatlığa və əsassız yorğunluğa səbəb ola bilər.

Dr. Aladel bildirib ki, səhər saatlarında smartfonla təmas beyində mükafatlandırma sisteminin həddindən artıq aktivləşməsinə gətirib çıxarır. Bu isə davamlı stimullara asılılıq yaradır və təbii motivasiya ilə diqqəti azaldır. Nəticədə, diqqət və səbr tələb edən işlərin yerinə yetirilməsi çətinləşir.

Həkim vurğulayıb ki, orqanizmin oyanması üçün təbii günəş işığının qısamüddətli təsiri daha faydalıdır. Cəmi 30 saniyəlik günəş şüası bədən saatını (sirkadiya ritmləri) və hormonal tarazlığı aktivləşdirə bilir.

Mütəxəssis həmçinin səhərlər düzgün oyanışın insanı əlavə stimulyatorlara, o cümlədən qəhvəyə ehtiyacdan qurtardığını qeyd edib. O, smartfondan zəngli saat kimi istifadə etməməyi və cihazı yataqdan uzaqda saxlamağı tövsiyə edib.

Ayxan 

Oxşar Xəbərlər