DÜNYA ÖZ XƏBƏR

Uşaqlar qohumlarının evində soba qalayarkən böyük yanğına səbəb oldular

Priamuryedə uşaqlar sobanı yandırmaq istəyərkən böyük yanğına səbəb olublar.

32gun.az bildirir ki, bu barədə məlumatı vilayət FHN idarəsi yayıb.

Hadisə Belıy Yar kəndində baş verib. Qohum iki ailənin uşaqları birgə vaxt keçirirmiş. Bir gün yeddi və beş yaşlı iki oğlan bağlanmış evə girərək sobanı qalamaq qərarına gəlib. Lakin alov nəzarətdən çıxaraq tikililərə yayılıb. Uşaqların anası alovu artıq tövləni bürüyəndə və öz evinə yaxınlaşanda görüb.

Yanğınsöndürənlər hadisə yerinə çatanda iki həyətdə – yaşayış evi, təsərrüfat tikililəri və qış mətbəxi yanırmış. Alov tez bir zamanda söndürülüb, lakin bir ev tamamilə yanıb, iki evin damı zədələnib, həmçinin içində balaca donuzlar olan tövlə külə dönüb. Xəsarət alan yoxdur.

Ayxan 

Oxşar Xəbərlər