Avstraliyada aparılan tədqiqat nəticəsində əvvəllər məlum olmayan 71 yerli arı növü müəyyən edilib. Onlar smoladan balalarını yerləşdirmək üçün “qabcıqlar” düzəltməsi ilə tanınan Megachile (Austrochile) qrupuna daxildirlər. Yeni növlər istisna olaraq Tasmaniya adası olmaqla, bütün Avstraliya ərazisində qeydə alınıb.
32gun.az bildirir ki, tədqiqat Australian Journal of Taxonomy jurnalında dərc olunub. Alimlər bildirirlər ki, əvvəllər bu qrupa cəmi 7 növ aid edilirdi, 1992-ci ildə isə daha 18 növ əlavə edilmişdi. Son illərdə aparılan ekspedisiyalar və muzey kolleksiyalarının araşdırılması əlavə 46 yeni növün üzə çıxmasına səbəb olub.
Alimlər qeyd edirlər ki, Avstraliya arılarının biomüxtəlifliyi hələ də az öyrənilib, bu növlərin bəziləri yalnız bir yerdə qeydə alınıb və lokal ekoloji dəyişikliklərə qarşı xüsusilə həssasdır. Tədqiqatçılar arı növlərinin çoxunun hələ təsvir olunmadığını və onların təhlükə altında olub-olmadığını müəyyən etmək üçün kifayət qədər məlumatın olmadığını vurğulayıblar.
Ayxan