Rusiyanın "Rostov" klubunun prezidenti Artashes Arutyunyants komanda ətrafında dolaşan kadr dəyişiklikləri ilə bağlı şayiələr fonunda azarkeşləri diqqəti mövsümün son oyunlarına yönəltməyə çağırıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, onun açıqlaması klubun Telegram kanalında yayımlanıb.
“Əziz azarkeşlər! “Rostov”un qarşıda iki vacib oyunu var. Zəhmət olmasa diqqətinizi bu qarşılaşmalara yönəldin, şayiələrə yox. Həll edilməli məsələlərimiz var. Yalnız rəsmi mənbələrə inanın və təxribatlara uymayın,” – deyə Arutyunyants bildirib.
Xatırladaq ki, mövsüm bitdikdən sonra klubun prezidentinin, idman direktorunun, məşqçi heyətinin və bir sıra futbolçuların “Rostov”u tərk edəcəyi gözlənilir.
Hazırda Rusiya Premyer Liqasında “Rostov” 29 turdan sonra 38 xalla turnir cədvəlində doqquzuncu yerdə qərarlaşıb.
Komanda Rusiya Kubokunun Superfinalında Moskva CSKA-sı ilə qarşılaşacaq. Oyun 1 iyun tarixində Moskva “Lujniki” stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
Ayxan