İDMAN ÖZ XƏBƏR

Qapıçı Nikita Xaykin Norveç vətəndaşı olsa da, Rusiya millisində oynamaq istəyir

Norveçin “Bude-Qlimt” klubunun qapıçısı Nikita Xaykin Rusiya millisində çıxış etmək arzusundadır.

32gun.az bildirir ki, Rusiya milli komandasının məşqçisi Vitali Kafanov ölkənin "Sport2" nəşrinə açıqlamasında deyib.

“Xaykin? O, Norveç vətəndaşlığını alıb, evlənib, amma o, Rusiya milli komandasında oynamaq istəyir,” — deyə Kafanov qeyd edib.

Qeyd edək ki, 3 may tarixində xəbər yayılmışdı ki, Xaykin Norveç pasportunu almaq prosesindədir.

27 yaşlı rusiyalı qapıçı 2019-cu ilin martından “Bude-Qlimt” klubunun heyətində çıxış edir və bu müddət ərzində iki dəfə Norveç çempionu olub.

Əvvəlcə isə Xaykin İsrail çempionatında da oynamışdı. 2021-ci ilin oktyabrında o, Rusiya millisinin Kipr və Xorvatiya ilə oyunlara hazırlıq üçün geniş heyətinə daxil edilmişdi, lakin hələ milli komandada rəsmi oyun keçirməyib.

2023-cü ildə qapıçı İngiltərənin “Bristol Siti” klubuyla müqavilə imzalamış, lakin mart ayında klubdan ayrılıb və orada bir oyun belə keçirməyib.

Nilay 

Oxşar Xəbərlər