DİGƏR ÖZ XƏBƏR

Şimal Atlantikasında fitoplankton azalır – okean iqlim dəyişikliyi ilə mübarizədə zəifləyə bilər

Son 60 ildə Şimal Atlantika okeanında dəniz ekosistemində mühüm rol oynayan mikroskopik yosunların – fitoplanktonun sayı hər il təxminən 2 faiz azalır. Bu nəticəyə Kanadanın Dalhauzi Universitetindən olan alimlər gəlib.

32gun.az bildirir ki, tədqiqat PLOS One jurnalında dərc olunub.

Söhbət əsasən diatom yosunları və dinoflagellatlardan gedir. Bu canlılar okean qida zəncirinin ən aşağı pilləsində yer alır və balıqlar üçün əsas qida mənbəyidir. Eyni zamanda, onlar atmosferdən karbon qazını udaraq onu okeanın dibinə “daşıyaraq” iqlim dəyişikliyi ilə mübarizəyə kömək edirlər.

Alimlər 60 illik plankton müşahidələrini təhlil edərək müəyyən ediblər ki, bu yosunların ümumi miqdarı sabit şəkildə azalır. Azalma xüsusilə Şimal Atlantikanın açıq sularında müşahidə olunur. Avropa və Şimali Amerikanın sahil bölgələri isə bu tendensiyadan bir qədər fərqlənir.

Tədqiqat zamanı daha bir maraqlı tendensiya aşkarlanıb: 1960–2017-ci illər arasında diatom yosunlarının payı dinoflagellatlarla müqayisədə ildə 1–2 faiz artıb. Bu isə əvvəlki proqnozlara ziddir – çünki gözlənilirdi ki, qlobal istiləşmə səbəbindən dinoflagellatların sayı artacaq.

Müəlliflər xəbərdarlıq edirlər: əgər fitoplanktonun azalması davam edərsə, okean atmosferdəki artıq karbon qazını udmaqda çətinlik çəkəcək. Bu da öz növbəsində qlobal istiləşməni sürətləndirə bilər.

Nilay 

Oxşar Xəbərlər