DÜNYA ÖZ XƏBƏR

İran İsrailli qadın pilotun əsir götürüldüyünü bildirib

İran ordusu: İki F-35 qırıcı vuruldu, pilot əsir alındı – İsrail təkzib edir

32gun.az xəbər verir ki, İranın hava hücumundan müdafiə qüvvələri iki İsrail F-35 qırıcı təyyarəsini vurduqlarını və onlardan birinin qadın pilotunun əsir alındığını iddia ediblər.

32gun.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin məlumatında qeyd olunur: "Hava hücumundan müdafiə qüvvələri iki İsrail F-35 təyyarəsini və çox sayda pilotsuz uçuş aparatını məhv edib."

Eyni zamanda İsrail ordusu bu məlumatları təkzib edərək, İran üzərində hər hansı bir qırıcının vurulmadığını və pilotun əsir alındığını inkar edib.

Qeyd edək ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələrinin təxminən 200 qırıcısı İranda 100-dən çox hədəfə – o cümlədən yüksək rütbəli hərbi rəhbərlərin komanda məntəqələrinə aviazərbələr endirib. İddialara görə, hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bakeri, SEPAH komandanı Hüseyn Salami və Fövqəladə Hallar Komandanlığının rəhbəri Qülyam-Əli Rəşid öldürülüb.

Ayxan 

Oxşar Xəbərlər