ÖZ XƏBƏR

"GENERAL COMPANY" bu dəfə vergi borcu ilə gündəm oldu

Xəbər vermişdik ki, "GENERAL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər siyahısınadır. Belə ki, MMC riskli vergi ödəyicisi elan olunub.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin böyük miqdarda vergi borcu da yaranıb. Belə ki, "GENERAL COMPANY" MMC-nin 80919.25 AZN vergi borcu var.

Şirkətin qanuni təmsilçisi Pənah Məmmədov Lətif oğludur. Nizamnamə kapitalı 1000 AZN-dir. Qeyd edək ki, riskli vergi ödəyicisi statusu əsasən vergi qanunvericiliyinin pozulması, saxta əməliyyatlar və ya şübhəli maliyyə fəaliyyətləri ilə əlaqədar tətbiq olunur.

Ayaz

Oxşar Xəbərlər