İrkutskda iki azyaşlı uşağın qətli ilə bağlı ana şübhəli bilinir
İrkutskda yaşı üç və beş olan iki azyaşlı uşağın qətlində onların anası şübhəli bilinir.
32gun.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə dekabrın 28-də Bauman küçəsində yerləşən yaşayış binasındakı mənzildə baş verib. Mənzildə zorakılıq əlamətləri olan iki azyaşlı uşağın meyiti aşkarlanıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a, v” bəndləri (iki azyaşlının qətli) üzrə cinayət işi başlanıb.
Uşaqların qətlində şübhəli bilinən ana saxlanılıb. Qadın dindirilib, hazırda onunla zəruri istintaq hərəkətləri aparılır. Hadisə ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) üzrə ikinci cinayət işi də açılıb. Hüquq-mühafizə orqanları profilaktika sistemində fəaliyyət göstərən qurumların işinə hüquqi qiymət verəcək. Hadisənin digər detalları və başvermə şəraiti hazırda araşdırılır
Nilay