DÜNYA
Rusiyadan Ermənistana qaz verilişi dayandırılacaq - BU TARİXDƏ
Oktyabrın 18-19-da Rusiyadan Ermənistana qaz verilişi təmirlə əlaqədar dayandırılacaq.
32gun.az "Report"a istinadən xəbər verir ki, "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri aparılacaq.
Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.
Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.