DÜNYA

Putinin şok planı üzə çıxdı: Oktyabrın sonunadək görün nə olacaq

“Rusiya Silahlı Qüvvələrinə oktyabrın sonunadək Baxmutu ələ keçirmək tapşırığı verilib”.

32gun.az xəbər verir ki, bunu “We-Ukraine” media platformasına müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun daha da irəliləməsinə imkan vermir: “Rusiya Silahlı Qüvvələrinə Donbassın inzibati sərhədinə çatmaq tapşırılıb. İndi onlar bu ayın sonuna kimi Baxmutu tamamilə işğal etməyi planlaşdırırlar”.

O, Baxmutu hazırda Ukraynanın şərqində ən şiddətli döyüşlərin aparıldığı ərazi adlandırıb.

Oxşar Xəbərlər