DÜNYA
Küçədə qarşısına çıxanları bıçaqlayan şəxs saxlanıldı
Almaniyanın qərbindəki Lüdviqshafen şəhərində naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib.
32gun.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub.
Silahlı şəxs polis tərəfindən yaralanaraq saxlanılıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.