DÜNYA
Putin hərbi vəziyyətlə bağlı fərman İMZALADI
Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb.
32gun.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib.
O, Ukraynadan birləşdirilən "DXR”, "LXR”, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin elan olunması barədə fərman imzaladığını söyləyib.