DÜNYA
Conson yenidən baş nazir seçilir?
Sentyabrın 5-də vəzifəsinin icrasına başlayan Böyük Britaniyanın baş naziri Liz Truss 44 günlük mandatdan sonra dünən istefa verib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Trussun istefa verməsindən sonra yeni baş nazirin kim olacağı maraq doğurur.
Britaniya mətbuatında yer alan xəbərlərə görə, artıq namizədlərlə bağlı müəyyən siyahı hazırlanıb. Onların arasında keçmiş baş nazir Boris Consonun adı var.
Xatırladaq ki, Boris Conson cari ilin iyul ayında baş nazir postundan istefa vermişdi.
Eyni zamanda, Liz Truss verdiyi açıqlamada "Qərarım barədə Kral Çarlzı məlumatlandırdım. Xələf seçilənə qədər vəzifəmdə qalacağam" - deyə, bildirib.
Nurlan Şiraliyev