DÜNYA

Zelenski SƏRƏNCAM imzaladı - rəhbərlik bu generala tapşırıldı (FOTO)

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev şəhər Hərbi Administrasiyasına yeni rəhbər təyin edilməsi haqqında sərəncam imzalayıb.

32gun.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, sərəncama əsasən, bu vəzifəyə general-polkovnik Sergey Popko təyin olunub.

Qeyd edək ki, Popko 2016-2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsində çalışıb.

Xatırladaq ki, bu vəzifədə o, Nikolay Jırnovu əvəzləyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər