DÜNYA

Türkiyənin 3 hədəfi - Düşmən qoruxuya düşdü

Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edərkən, Yunan mətbuatında aparılan təhlil mübahisələrə səbəb olub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbuatda yer alan “Ankaranın 3 hədəfi” başlıqlı təhlildə, Türkiyənin Yunanıstana qarşı həyata keçirəcəyi 3 plan göstərilib.

Yunanıstanın ən çox oxunan qəzetlərindən olan Kathimerini-nin ingiliscə nəşri kimi tanınan eKathimerini-nin baş redaktoru Aleksis Papachelasın imzaladığı təhlildə Ankaranın hədəfləri diqqətlə araşdırılıb.

Belə ki, Türkiyənin birinci planı Yunanıstanın tətiyi çəkməsinə nail olmaq, ikinci planı Yunanıstanla hər şeyi heç bir məhdudiyyət olmadan müzakirə etmək, üçüncü planı isə Yunanıstanın danışıqlar təklifini rədd etməsi olacağı iddia edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər